» » Region Liqası: "FC Baku" "Şıxlar"ı qəbul edir, "Tufan" "Şahdağ" səfərində

Region Liqası: "FC Baku" "Şıxlar"ı qəbul edir, "Tufan" "Şahdağ" səfərində

Region Liqası: "FC Baku" "Şıxlar"ı qəbul edir, "Tufan" "Şahdağ" səfərindəBu gün Region Liqasında VII tura yekun vurulacaq. Premyer.az xəbər verir ki, oyunlar iki zonada keçiriləcək. Şimal və Paytaxt, Şimal-Qərb və Qərb. Şimal və Paytaxt zonasında üç qarşılaşma oynanılacaq. "FC Baku" komandası ASK Arenada Qobustanı təmsil edən "Şıxlar"ı qəbul edəcək. "FC Baku"ya 3 tur ev  oyunlarını azarkeşsiz keçirmək cəzası verildiyi üçün, stadionda azarkeş olmayacaq. Həm "Tufan", həm də "Uğur" Qusar təmsilçiləri ilə üz-üzə gələcək. "Tufan" səfərdə "Şahdağ"la görüşəcək. Oyun Siyəzəndə keçiriləcək. Sumqayıtı təmsil edən "Uğur" isə Qusarda "Şirvanovka"nın qonağı olacaq. Hər üç oyun saat 14.00-da başlayacaq. Şimal-Qərb və Qərb zonasında da üç oyun baş tutacaq. "Energetik" (Mingəçevir) - "Kürmük" (Qax), "Şirvan" (Ağdaş) - "Göyəzən" (Qazax), "Qoşqar" UGİM 2 (Gəncə) - "Şəki". Bu oyunların start fiti isə saat 15.00-da veriləcək.
195     
Reklam

Reklam