» » Tərlan Əhmədov, get, özünü dola: SÜBUT!

Tərlan Əhmədov, get, özünü dola: SÜBUT!

Tərlan Əhmədov, get, özünü dola: SÜBUT!Bu gün Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən "Keşlə” – "Qəbələ” (1-2) matçından sonra bakılıların baş məşqçisi Tərlan Əhmədov özünə görə qeyri-adi açıqlama verib. Müəllim deyib ki, bəs, Kamranın əzələsində qan yığılıb, amma MRT müayinəsi bunu göstərmir. Bir az əvvəl mətbuatda tirajlanan bu açıqlaması ilə Tərlan Əhmədov özlüyündə Kamranı müdafiə edib, Səlahət Ağayevi isə səriştəsizlikdə günahlandırıb. Burda İki məsələ var. Tərlan Əhmədov "Neftçi”də çalışdığı dönəmdə Səlahəti oynatmırdı, indi də Səlahət Premyer Liqada ən yaxşı mövsümünü keçirdiyi üçün yanıqlı olduğu bəllidir. Vaxtilə Tərzin Cahangirovu AZAL-a dəvət etdiyi zaman, Cahangirov onun bu təklifindən imtina etmişdi. Sonra "Neftçi”də baş məşqçi olanda bir oyun belə Tərzini meydana buraxmadı. Belə xarakterdədir Tərlan Əhmədov. İndi isə məsələnin MRT tərəfi. Tərlan Əhmədovun açıqlamasına bir daha nəzər yetirək: "Həqiqət odu ki, ciddi zədəsi var. Əzələsində qan yığılıb. Bunu MRT göstərmir”.  Əvvəlcə Tərlan Əhmədova MRT müayinəsinin nə olduğu barədə xatırlatma edək.
Tərlan Əhmədov, get, özünü dola: SÜBUT!Göründüyü kimi, müasir tibb elmində MRT müayinəsi bütün hallarda həmin ödemi göstərən ən effektiv müayinə üsuludur.  Əgər  MRT göstərmirsə, deməli, yumşaq toxumalarda ciddi dəyişiklik olmayıb. Bu barədə millinin həkimi də açıqlama verib. Toxumalara qan yığılıbsa, bu, MRT müayinəsi ilə MÜTLƏQ aşkar olunur. Görünən odur ki, Tərlan Əhmədov tibb elminə qeyri-adi yenilik gətirmək istəyib. Yaxşı olar ki, getsin məşqçiliyini eləsin. Kamranı müdafiə etmək üçün gülünc açıqlamalarla camaatı dolamasın. Adamdan soruşarlar ki, əzələsində qan yığıldığını hardan bildin? Əgər gözlə görünürdüsə, niyə MRT-yə ehtiyac duymusan? Tərlan Əhmədov, get, özünü dola: SÜBUT!T.Əhmədov həvəsə gəlib, millinin həkimi Vyaçeslav Xomenkonu da ittiham edib: "Millinin həkiminin açıqlaması söz-söhbətlərə səbəb olub. Onun özünü məhşər ayağına çəkmək lazımdır. Çünki Farer adaları ilə oyundan öncə Kamranın zədəsi ilə bağlı söhbət olub. Amma oynamasında problem olmayacağını deyib”. Bununla da, millinin həkiminin bilərəkdən Kamranın "zədələnməsinə şərait yaratdığını” iddia edib. Əhmədov deyəsən "Keşlə” ilə milli komandanı, orada çalışan heyəti səhv salıb. Heç bir halda nə komandanın həkimi, nə məşqçilər korpusu futbolçu oynaya bilməyəcəyi təqdirdə, onu meydana buraxmaz.   Xatırladaq ki, bununla bağlı millinin həkimi Vyaçeslav Xomenko "Xəzər TV”yə açıqlamasında "Oyunun fasiləsində baxdıq və yüngül zədə olduğunu gördük. Matça davam edib-etməməsini soruşduq. Oynamaq istəmədi, razılaşdıq. Kosovo ilə qarşılaşmadan öncə isə kiçik zədəsi davam edirdi. Amma ciddi deyildi. Belə şeylərə tez-tez rast gəlinir. Getməmək qərarını özü verdi”-deyib. Baş məşqçi kimi, T.Əhmədovun Kamranı müdafiə etməsi normaldır. Verdiyi açıqlamalar isə, anormal. Əhmədov deyə bilərdi ki, futboldu, olur belə hallar, futbolçunun üzərinə çox getməyək, özünü hazır saymırmış, və s. Amma belə gülünc açıqlamalarla yox. Yəni, bir daha aydın olur ki, Kamranın zədəsi ciddi deyilmiş. Ola bilər ki, həqiqətən ağrı hiss eləsin. Bu da qalır, Kamran Ağayevin vicdanına...

399     
Reklam

Reklam