» » Millətlər Liqasında 2020/21 mövsümünün təqvimi

Millətlər Liqasında 2020/21 mövsümünün təqvimi

Millətlər Liqasında 2020/21 mövsümünün təqvimiUEFA Millətlər Liqasında 2020/21 mövsümünün təqvimini açıqlanıb. Yarışa 2020-ci ilin sentyabr ayında start veriləcək. Qrup mərhələsi noyabrda başa çatacaq. Turnirin final mərhələsi 2021-ci ilin iyununda keçiriləcək. "AVRO-2020"nin pley-off mərhələsinin oyunları isə 2020-ci il 26-31 mart tarixlərində olacaq.

2020/21 mövsümünün püşkatma mərasimi 2020-ci ilin yanvar və ya fevral ayında baş tutacaq.

Qeyd edək ki, milli komandamız Cənubi Kipr, Litva, Estoniya, Andorra, Ermənistan, Cəbəllütariq, Qazaxıstan, Latviya, Lixtenşteyn, Lüksemburq, Sloveniya, Malta, Moldova, San Marino və Farer adaları ilə birlikdə D Liqasında mübarizə aparacaq.

Millətlər Liqası

2020/21 mövsümü

Qrup mərhələsi

1-ci tur: 3-5 sentyabr 2020-ci il

2-ci tur: 6-8 sentyabr 2020-ci il

3-cü tur: 8-10 oktyabr 2020-ci il

4-cü tur: 11-13 oktyabr 2020-ci il

5-ci tur: 12-14 noyabr 2020-ci il

6-cı  tur: 15-17 noyabr 2020-ci il


 
 
269     
Reklam

Reklam