» » Region Liqası: "Tufan"ın rəsmi saytı fəaliyyətə başlayır

Region Liqası: "Tufan"ın rəsmi saytı fəaliyyətə başlayır

Region Liqası: "Tufan"ın rəsmi saytı fəaliyyətə başlayırRegion Liqasında və U-17 çempionatında iki komanda ilə təmsil olunan "Tufan” futbol klubunun rəsmi saytı hazırlanıb. Premyer.az xəbər verir ki, www.fctufan.com saytında son tamamlama işləri aparılır. Məlumat üçün bildirək ki,  "Tufan” futbol klubun 2016-cı ilin yanvarında bir qrup futbol həvəskarı tərəfindən "Tufan” futbol komandasının bazasında təsis edilib. Klub həmin ilin avqust ayında Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb. 2018-2019-cu illər mövsümü üçün "Tufan” futbol klubunda iki komanda təsis edilmişdir. 21 yaşadək futbolçulardan təşkil olunmuş komanda Region Liqasında, 17 yaşadək olan futbolçulardan təşkil olunmuş komanda isə müvafiq olaraq 17 yaşadək (U-17) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatında çıxış edir. 
128     
Reklam

Reklam