» » Kamran Ağayevin adı millinin siyahısından çıxarıldı

Kamran Ağayevin adı millinin siyahısından çıxarıldı

Kamran Ağayevin adı millinin siyahısından çıxarıldıUEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu noyabrın 20-də səfərdə Kosovo yığmasına qarşı keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Farer adaları yığması ilə qarşılaşmanın gedişində zədələnən qapıçı Kamran Ağayevin durumunun ciddi olduğu üzə çıxıb.  Onun əvəzinə millinin heyətinə "Qarabağ” klubundan Şahruddin Məhəmmədəliyev dəvət olunub.

Qeyd edək ki, Kamran Ağayev ötən gün baş tutan qarşılaşmanın fasiləsində Səlahət Ağayevlə əvəzlənib.  
137     
Reklam

Reklam