» » U-17 Liqası: «Neftçi» liderliyə yüksəldi

U-17 Liqası: «Neftçi» liderliyə yüksəldi

U-17 Liqası: «Neftçi» liderliyə yüksəldiHəftəsonu U-15 Liqasında 8-ci turun oyunları keçirildi. Turun mərkəzi görüşü, eyni zamanda bağlanış matçı bazar günü baş tutdu. Lider «Keşlə» 2-ci pillənin sahibi «Neftçi»ni qəbul etdi. Maraqlı mübarizə şəraitində keçən oyunda qonaqlar qələbə qazanaraq, 1-ci yerə yüksəldilər. Halbuki oyunun gedişində meydan sahibləri qələbəyə daha yaxın görünürdülər. Bu matç haqqında bir qədər ətraflı az sonra. Digər oyunlara gəlincəTəəssüf ki, əksər oyunların protokollarını əldə etmək yenə mümkün olmadı. Sanki bəzi məşqçilərə liqanı işıqlandırmaq sərf etmir. Bu üzdən yalnız hesabları yazmaqla kifayətlənməli olacağıq.

 

U-17 Liqası, 8-ci tur

«Keşlə» - «Neftçi» 1:2

Qollar: Elşən Məmmədov, 41 – Emil Quluzadə, 65, 75

 

Bu tura kimi hər 2 komanda məğlubiyyət üzü görməmişdi. «Keşlə» lider olsa da, itirilmiş xallara görə «Neftçi»dən geridə qalırdı. Başqa sözlə, «Neftçi» rəqibdən 1 oyun az keçirmişdi. Qələbə sayəsində meydan sahibləri hərtərəfliliderə çevriləcəkdilər. Hərçənd, onlar buna çox yaxın idilər.

İlk yarıda qapılar önündə təhlükəli vəziyyətləro qədər də çox olmadı. Oyun əsasən «Keşlə»nin üstünlüyü şəraitində keçirdi və komanda bu üstünlüyü cəmi 1 epizodda qolla tamamladı. Fasiləyə 4 dəqiqə qalmış künc zərbəsindən qapı önünə ötürülən topu Elşən Məmmədov başla qapıdan keçirdi.

Fasilədən sonra isə oyunun gedişi dəyişdi. İlk 45 dəqiqədə hücum qurmaqda çətinlik çəkən, ötürmələrdə elementar səhvlər edən «Neftçi» sanki «ayıldı». Amma komanda hesabı bərabərləşdirməyə yenə də çətinlik çəkirdi. Tədricən ərazi üstünlüyünə yiyələnən qonaqlar 60-cı dəqiqədə daha bir zərbə aldılar. Komandanın liderlərindən olan Valeh Qəhrəmanlıhakimin qərarına etiraz edərkən ikinci «sarı» ilə meydandan qovuldu. Bundan sonra düşünmək olardı ki, «Keşlə» qələbəni əldən verməyəcək. Amma… 65-ci dəqiqədə Fərrux İsmayılovun yetirmələrihesabı bərabərləşdirdilər. Çempionatınbombardiri Emil Quluzadə növbəti qolunu vurdu. Az sonra «Keşlə» Samir Abdullayevlə hesabda yenidən irəli çıxmağa yaxın oldu. Gəl ki, onun uzaq məsafədən vurduğu güclü zərbənin tora daxil olmasına qapı çatı mane oldu. Emilin 75-ci dəqiqədə oxşar zərbəsini isə heç kim əngəlləyə bilmədi. Onun təxminən 30 metr məsafədən vurduğu baxımlı qol matçın yekun nəticəsinimüəyyənləşdirdi. Qalan 15 dəqiqədə İlham Yadullayevin komandası nə qədər cəhd göstərsə də, məğlubiyyətdən xilas ola bilmədi.

 

U-17 Liqası: «Neftçi» liderliyə yüksəldi«Xəzər Lənkəran» - «Zirə» 0:1

Qol: Samir Ağayev, 32

 

Meydanın «ağır» olması hər 2 komandanınoyununa təsirsiz ötüşmədi. Şanslar bərabər sayılsa da, sevinən tərəf «Zirə» oldu. Matçda yeganə qol 32-ci dəqiqədə vuruldu. Mikayıl Kərimlinin cinah ötürməsindən sonra Samir Ağayev başla topu qapıdan keçirdi.

Qələbə sayəsində «Zirə» 1 pillə irəliləyərək liderlər qrupuna yaxınlaşdı. Çempionatauğurla başlayan «Xəzər Lənkəran» isə son 6 oyunun 5-də məğlub olmaqla türklər demiş, «kümə düşdü».

 

«Qarabağ» - «Sumqayıt» 1:0

«Tufan» - «Qəbələ» 0:3

«Neftçi» İK İB – «Sabah» 1:3

«Səbail» - «Mil-Muğan» 5:0

Bombardir: Emil Quluzadə («Neftçi») – 12 qol.

 

U-17 Liqasında növbəti turun oyunlar noyabrın 24-də keçiriləcək: «Neftçi» - «Səbail», «Sabah» - «Keşlə», «Qəbələ» - «Neftçi» İK İB, «Zirə» - «Tufan», «Sumqayıt» - «Xəzər Lənkəran», «Mil-Muğan» - «Qarabağ».

 

«Het-trik news» qəzeti

50     
Reklam

Reklam