» » Roman Qriqorçuk: " Azərbaycandakı stadionları bəyənmirəm"

Roman Qriqorçuk: " Azərbaycandakı stadionları bəyənmirəm"

Roman Qriqorçuk: " Azərbaycandakı stadionları bəyənmirəm""Düzünü deyim ki, Azərbaycandakı stadionlar xoşuma gəlmir. Əlbəttə, söhbət Bakıda yeni açılan stadiondan getmir”. Premyer.az xəbər verir ki, bu sözləri "Latviya futbolu” jurnalına müsahibəsində "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.


Ukraynalı mütəxssis bildirib ki, "Qəbələ"nin də özünün müasir stadionu sərəncamında olmalıdır: " Ümumillikdə, Azərbaycanda əksər komandaların stadion problemi var. Bütün hallarda "Qəbələ” rəhbərliyi məni yaxşı başa düşür. Bu məsələlər ilə bağlı çox söhbətimiz olub. Onlar bildiriblər ki, yeni stadionun tikintisi üçün heç bir problem olmayacaq. "Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra klub rəhbərliyinin iddiası daha da artıb. "Qəbələ”də işləyən hər kəs klubun inkişafı üçün çalışır”.

 

 

333     
Reklam

Reklam