» » U-17 Liqası: «Xəzər Lənkəran»ı «topa tutdular»

U-17 Liqası: «Xəzər Lənkəran»ı «topa tutdular»

U-17 Liqası: «Xəzər Lənkəran»ı «topa tutdular»Noyabrın 10 11- U-17 Liqasında 6- turun oyunları keçirildi. Hər tur olduğu kimi bu dəfə oyun həftəsi darmadağınsız ötüşmədi. Komandalar arasında səviyyə fərqi tez-tez ikirəqəmli hesablara gətirib çıxarır. Bu da öz növbəsində çempionatın səviyyəsinətəsir göstərir. Bu dəfəki darmadağın «Tufan» «Xəzər Lənkəran»ın iştirakı ilə keçirilən oyunlarda qeydə alındı. Bakı təmsilçisi «Sabah»a 12, lənkəranlılar isə «Qəbələ» 5 cavabsız qolla məğlub oldular.

 

U-17 Liqası, 7-ci tur

«Keşlə» - «Səbail» 2:0

Qollar: Samir Abdullayev, 22, 75

 

Oyunun favoriti sayılan meydan sahibləri çətinliklədə olsa, aktivlərinə 3xalı yazdıra bildilər. Meydan sahiblərindən hər 2 qolun müəllifi U-17 millimizin üzvü Samir Abdullayev oldu. O, 22-ci dəqiqədə özünə qarşı edilən kobudluğa görə hakimin təyin etdiyi cərimə zərbəsini mükəmməl yerinə yetirərək hesabı açdı. Matçın sonlarına doğru isə uzaq məsafədən vurduğu güclü zərbə ilə yekun nəticəni müəyyənləşdirən qolu vurdu. Qələbə sayəsində İlham Yadullayevinyetirmələri liderliyə yüksəldilər. Amma itirilən xallara görə «Keşlə» 1 oyun az keçirmiş və 2-ci pillədə qərarlaşan «Neftçi»dən geri qalır. Maraq üçün qeyd edək ki, növbəti tur bu komandaların öz aralarındaqarşılaşacaqlar.

 

«Neftçi» - «Neftçi» İK İB 1:0

Qol: Zərrər Məmmədov, 21

 

«Neftçi»dən söz düşmüşkən, Fərrux İsmayılovun komandası adaşı üzərində minimal hesablı qələbəyə sevindi. Matçda yeganə qolu 21-ci dəqiqədə Zərrər Məmmədov vurdu. Ümumiyyətlə, oyun idman mübarizəsindən çox gərginliklərvə kobudluqlarla yadda qaldı. Hakim Elgün Hüseynov meydan sahiblərinin 3, qonaqların isə 4 futbolçusunu «sarı»ya «qonaq etdi». Matçın 90-cı dəqiqəsindəisə o, «Neftçi»nin futbolçusuFərid Yusiflini rəqibi təhqir etdiyinə görə meydandan qovdu.

 

U-17 Liqası: «Xəzər Lənkəran»ı «topa tutdular»«Zirə» - «Qarabağ» 2:1

Qollar: Həzrət İsayev, 13; Mikayıl Kərimli, 61 – Fidayə Əzizov, 70

 

Gərgin mübarizə şəraitindəkeçən oyunda «Zirə» çətinliklə də olsa, qalib gələ bildi. Rəşad Hüseynovun yetirmələrindən Həzrət İsayev və Mikayıl Kərimli fərqləndilər. 70-ci dəqiqədə isə Samir Musayevin komandası buraxılmışqollardan birinin əvəzini çıxa bildi. 15 yaşlı Fidayə Əzizov əlinə düşən fürsəti qola çevirdi.

 

«Qəbələ» - «Xəzər Lənkəran» 5:0

«Sumqayıt» - «Mil-Muğan» 4:1

«Sabah» - «Tufan» 12:0

 

Təəssüf ki, böyük hesabla başa çatan hər 3 oyunun protokolunu əldə edə bilmədik. Öyrənə bildiyimiz yeganə fakt «Qəbələ»dən fərqlənən futbolçuların adları oldu. «Xəzər Lənkəran»la oyunda Aqil Nəsibov «het-trik», Samir Məhərrəmli dubl edib. Hesab 1:0 olarkən «Xəzər Lənkəran»lı futbolçu penaltidən yararlana bilməyib.

 

Bombardir: Emil Quluzadə («Neftçi») – 9 qol.

 

U-17 Liqasında 8-ci turun oyunları noyabrın 17-də keçiriləcək: «Səbail» - «Mil-Muğan», «Qarabağ» - «Sumqayıt», «Xəzər Lənkəran» - «Zirə», «Tufan» - «Qəbələ», «Neftçi İK İB – «Sabah», «Keşlə» - «Neftçi».

 

«Het-trik news» qəzeti

90     
Reklam

Reklam