» » Region Liqası: "Ağsu Siti"nin baş məşqçisi: "Hədəfimiz çempionluq uğrunda mübarizə aparmaqdır"

Region Liqası: "Ağsu Siti"nin baş məşqçisi: "Hədəfimiz çempionluq uğrunda mübarizə aparmaqdır"

Region Liqası: "Ağsu Siti"nin baş məşqçisi: "Hədəfimiz çempionluq uğrunda mübarizə aparmaqdır"Region Liqasında çıxış edən "Ağsu Siti" komandasının baş məşqçisi Samir İsayev Premyer.az saytına açıqlama verib. Məşqçi əvvəlcə ötən turda səfərdə "Kürdəmir" kollektivini 6-3 hesabı ilə məğlub etdikləri oyundan danışıb: "Kürdəmir"lə oyun bizim üçün çox maraqlı idi. Çünki Kürdəmir bizə yaxın və qonşu rayondur. Amma rəqibin meydançası çox da yaxşı durumda olmadığından, bizim üçün çətin qarşılaşma oldu. Buna baxmayaraq komandadakı oyunçuların qələbə istəyi və əzmkarlıqları çətin səfər matçından qalib ayrılmağımızın əsas səbəbi oldu".
Samir İsayev növbəti turda doğma meydanda "Araz" (Saatlı) komandası ilə qarşılaşacaq "Ağsu Siti"nin bu oyuna da hazırlıqlarının davam etdiyini söyləyib:
"Oyuna çox ciddi hazırlaşırıq. Hətta rəqibi daha yaxşı analiz etmək üçün son turda keçirilən "Araz" - "Kürdəmir" oyununu da izləmişəm. Həqiqətən "Araz" çox yaxşı komandadır. Amma bu gün bizim komandamızda kifayət qədər peşəkar futbolçular var. Onlar vaxtilə Azərbaycan Premyer Liqasında, I Divizionda oynayıblar. Ona görə də əsas hədəfimiz yarımfinala çıxıb, sonra da çempionluq uğrunda mübarizə aparmaqdır. Ümid edirəm ki, bizi dəstəkləyən azarkeşlərimizi sevindirərik".
Məlumat üçün bildirək ki, "Ağsu Siti" komandasının heyətində futbol azarkeşlərinə tanış olan Aydın Qasımov, Arzuman Nəsibov, İsa Cəbiyev, Rəvan Kərimov, Fariz Nəcəfov, Bəhlul Əliyev,Əlimərdan Əlimərdanlı kimi simalar var. 

Region Liqası: "Ağsu Siti"nin baş məşqçisi: "Hədəfimiz çempionluq uğrunda mübarizə aparmaqdır"

 


273     
Reklam

Reklam