» » Avropa çempionu olan Azərbaycan atletinə 4 illik cəza

Avropa çempionu olan Azərbaycan atletinə 4 illik cəza

Avropa çempionu olan Azərbaycan atletinə 4 illik cəzaOrqanizmində qadağan olunmuş xlorometiltestosteron (turinabol) maddəsi aşkarlanan Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimlinin cəza müddəti açıqlanıb. Premyer.az xəbər verir ki, 25 yaşlı Qazaxıstan əsilli atlet 4 il müddətinə diskvalifikasiya olunub. Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytı məlumat yayıb.
İbrahimlinin cəzası 14 avqust 2017-ci ildən qüvvəyə minib.
Anastasiya 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində iki hərəkətin cəmində 219 kq (birdən 100 kq, təkanla 119 kq) nəticə ilə qızıl medal qazanıb. O, 2015-ci ildə 23 yaşadək ağırlıqqaldıranlar arasında Avropa çempionu adını da qazanıb.

İbrahimli İslamiadadan sonra, cəzalanacağını bildiyi üçün karyerasını bitirib.
72     
Reklam

Reklam