» » Region Liqası: "FC Baku"nun prezidenti: "Bu heç-heçə bizim üçün məğlubiyyətə bərabərdir"

Region Liqası: "FC Baku"nun prezidenti: "Bu heç-heçə bizim üçün məğlubiyyətə bərabərdir"

Region Liqasının paytaxt zonasında "FC Baku" komandası ASK Arenada "Uğur"u qəbul edib. Heç-heçə (1-1) başa çatan matçdan sonra bakılıların prezidenti Cavidan Qorçuyev Premyer.az saytına açıqlama verib:
 "Düzü, bu heç-heçəyə görə məyus olduq.  Biz meydana yalnız qələbə üçün çıxmışdıq. Üstəlik, rəqib ikinci hissədə azlıqda qalmışdı və biz bu oyunu udmalı idik.  Açığı, bu heç-heçə bizim üçün məğlubiyyətə bərabərdir. Komandanmızın yarımmüdafiədə boşluqlar verməsi, üstəlik iki dəfə zərbəmizin qapı tirindən qayıtması uğursuzluq oldu. Oyun ərzində futbolçularımız çox danışıb. etiraz edirdilər. Bunun qarşısını almaq üçün disiplin tədbirləri görəcəyik".
148     
Reklam

Reklam