» » Region Liqası: Qəzənfər Abbasov: "Rəqibi yaxşı analiz etmişdik"

Region Liqası: Qəzənfər Abbasov: "Rəqibi yaxşı analiz etmişdik"

Region Liqası: Qəzənfər Abbasov: "Rəqibi yaxşı analiz etmişdik"Region Liqasının paytaxt zonasında "FC Baku" komandası ASK Arenada "Uğur"u qəbul edib. Heç-heçə (1-1) başa çatan matçdan sonra "Uğur"un baş məşqçisi Qəzənfər Abbasov oyunla bağlı fikirlərini Premyer.az saytına bildirib:
"Region Liqasında I Divizionda oynamağa layiq iki komandanın qarşılaşması oldu. FC Bakunun əvvəlki oyunlarına da baxmışdıq. Ona görə də rəqibi yaxşı analiz etmişdik. Oyun çox ağır keçdi. Matç ərzində səhvimizdən qapımıza tez qol vuruldu, ikinci hissədə oyunçumuz qırmızı vərəqə aldı və azlıqda qaldıq. İstədiyimiz kimi oyuna başlamadıq. Amma bütün bunlara baxmayaraq hesabı bərabərləşdirə bildik və 1 xal qazandıq. Belə qarşılaşmaların, belə futbolun olması Region Liqasının da səviyyəsini artırır. Bu həm də futbolçular üçün əlavə stimuldur".
197     
Reklam

Reklam