» » "Qəbələ" və "Sumqayıt" məğlub oldu

"Qəbələ" və "Sumqayıt" məğlub oldu

"Qəbələ" və "Sumqayıt" məğlub olduBu gün Topaz Premyer Liqasında XI tura yekun vurulub. Premyer.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.   Günün ilk oyunu Qəbələdə baş tutub. "Qəbələ" doğma azarkeşləri önündə "Qarabağ"ı qəbul edib. Görüşün ilk hissəsi "Qəbələ"n in üstünlüyü ilə başa çatıb. İkinci hissədə isə 3 qol vurmağı bacaran Ağdam təmsilçisi növbəti 3 xalı aktivinə yazdırmağı bacarıb.  Son çempion lider "Neftçi"ilə xal fərqini 3-ə endirib.  

Tura "Bayıl Arena"da yekun vurulub. "Yeri-yurdu bilinməyən" "Sumqayıt" bağlanış matçında "Keşlə" ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə böyükhesablı nətiicə qeydə alınıb. "Keşlə" rəqibini darmadağın edib və sonuncu pillədəki "Zirə"dən bir qədər də uzaqlaşıb.  

Topaz Premyer Liqası

XI tur

11 noyabr (bazar)

17:30. "Qəbələ” – "Qarabağ” - 1:3

Qollar: Ceyms Adeniyi, 33 - İnnosent Emeqara, 47, Miçel, 64, Filip Ozobiç, 69

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov

Qəbələ şəhər stadionu.

"Qəbələ": 23. Aqil Məmmədov, 3. Vojislav Stankoviç, 17. Ceyms Adeniyi, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 14. Cavid Hüseynov (k), 21. Lalavele Atakora, 18. İlqar Qurbanov, 27. Bəhlul Mustafazadə, 28. Stiven-Jozef Monroz, 33. Təmkin Xəlilzadə

Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 35. Murad Popov, 7. Roman Hüseynov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 26. Faiq Hacıyev, 32. Amin Seydiyev, 79. Əli Sadıxov, 88. Sabien Lilay, 99. Abbas Ağazadə

Baş məşqçi: Sənan Qurbanov

"Qarabağ": 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 21. Hacıağa Hacılı, 25. Ansi Aqolli, 28. Con Delarj, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

 

19:30. "Sumqayıt” - "Keşlə”  - 1:4

Qollar: Atilla Yıldırım, 65 // Amil Yunanov, 53, Georgios Georgiadis, 56, Amil Yunanov, 79, Andre Klennon, 90+3 

Qırmızı vərəqə: Orxan Sadıqlı, 67 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

Bayıl Arena.

"Sumqayıt”: 15. Orxan Sadıqlı, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov

Baş məşqçi:  Nazim Süleymanov

"Keşlə”: 1. Kamran Ağayev (k), 33. Tərlan Quliyev, 2. Sərtan Taşqın, 4. Slavik Alxasov, 3. Denis Silva, 93. Edvinas Girdvainis, 22. Nikola Mitroviç, 80. Diallo Quydileye, 31. Georgios Georgiadis, 9. Amil Yunanov, 23. Conatan Ayite

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 65. Cabir Əmirli, 71. Emin Quliyev, 88. Məmməd Quliyev, 10. Ruslan Nəsirli, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 17. Samir Məsimov, 21. Herve Tçami, 90. Ebrima Sohna

Baş məşqçi: Tərlan Əhmədov

53     
Reklam

Reklam