» » Region Liqası: "Energetik" "Şəki"də daş üstünə daş qoymadı

Region Liqası: "Energetik" "Şəki"də daş üstünə daş qoymadı

Region Liqası: "Energetik" "Şəki"də daş üstünə daş qoymadıBu gün Region Liqasında Şimal-Qərb regionu üzrə də oyunlar keçirilib. Premyer.az xəbər verir ki, Mingəçeviri təmsil edən "Energetik" komandası "Şəki"nin eyni adlı kollektivini qəbul edib. Oyun "Şəki" komandasının darmadağın olması ilə yekunlaşıb. Energetik qarşılaşmadan 10-0 hesablı qələbə ilə ayrılıb. "Energetik"in facebook səhifəsində yayımlanan məlumata görə komandanın futbolçusu Tural Məmmədzadə 6 qola imza atıb. Futbolçular bu qələbəni Mingəçevir şəhərinin 70 illiyinə həsr ediblər.
250     
Reklam

Reklam