» » Region Liqası: "FC Baku"nun baş məşqçisi: " Azarkeşsiz oynamağın böyük təsiri oldu"

Region Liqası: "FC Baku"nun baş məşqçisi: " Azarkeşsiz oynamağın böyük təsiri oldu"

Xəbər verdiyimiz kimi, bu gün Region Liqasının paytaxt zonasında "FC Baku" komandası "Uğur"u qəbul edib. Heç-heçə (1-1) başa çatan matçdan sonra Bakılıların baş məşqçisi Cavid Rəhimov oyunla bağlı fikirlərini Premyer.az saytına bildirib:
"Hər iki komanda meydana 3 xal qazanmaq üçün çıxmışdı. Təbii ki, qələbə qazanmaq istəyirdik. Oyunun əvvəlində qol vurmaqla bu istəyimizi də göstərdik. Xeyli sayda qol epizodlarımız da oldu. Vüqar Nadirovun iki zərbəsi qapı dirəyindən qayıtdı. Rəqib on nəfər qaldığı zaman da hücumlarımızı daha da artırdıq. Sadəcə əks hücumda yaxalandıq və meydanın mərkəzində etdiyimiz ötürmə səhvi bizi 1 xal qazanmağa məhkum elədi. İkinci hissədə məqsədimiz o idi ki, topu özümüzdə daha çox saxlayaq, rəqibdən top alaq, sonra hücuma keçək. Komanda özünə tam inanmış formada meydana çıxmışdı. Amma qələbə qazana bilmədik. Azarkeşsiz oynamağın da böyük təsiri oldu. Cəza səbəbindən hələ qarşıdakı 2 ev oyunumuzu da azarkeşsiz keçirəcəyik. Buna görə təəssüflənirik".
136     
Reklam

Reklam