» » Region Liqası: "FC Baku"nin 1 xal qazandığı "Uğur"

Region Liqası: "FC Baku"nin 1 xal qazandığı "Uğur"

Region Liqası: "FC Baku"nin 1 xal qazandığı "Uğur"Bu gün Region Liqasında növbəti turun oyunları keçirilib. Premyer.az xəbər verir ki, əsas oyun Bakıdakı "Ask Arena" stadionunda oynanılıb. "FC Baku" komandası ötən ilin çempionu "Uğur" kollektivini qəbul edib. İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmanın 4-cü dəqiqəsində "FC Baku" hesabı açıb. İlk hissə bu hesabla yekunlaşıb. Oyunun ikinci hissəsinin əvvəlində "Uğur" komandası azlıqda qalıb. "Baku"nun futbolçuları bundan istifadə edərək hücumların kəsərini artırıb. Amma əks hücumda yaxalanan ev sahibi qapısında qol görüb. Oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb.
180     
Reklam

Reklam