» » Şahin Diniyev: "Əvəzedici heyətdə yer alan gənclərin məşqindən zövq alıram"

Şahin Diniyev: "Əvəzedici heyətdə yer alan gənclərin məşqindən zövq alıram"

Şahin Diniyev: "Əvəzedici heyətdə yer alan gənclərin məşqindən  zövq alıram"Topaz Premyer Liqasının ikinci yarısına hazırlaşan "Kəpəz” çalışmalarını davam etdirir. Premyer.az xəbər verir ki, iki gün öncə Yevlaxdaməşqlərə start verən "sarı-göylər” gündə iki dəfə məşqə çıxır. Futbolçular səhər saat 10:30-da və günortadan sonra saat 16:30-da məşqçilər korpusunun tərtib etdiyi plan üzrə hazırlaşır.


Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev hazırlıq barədə klub saytına fikirlərini bölüşüb: "Məşqlərin ağırlığına baxmayaraq, uşaqlar səylə çalışırlar. Bu da baş məşqçi kimi məni sevindirir. Hiss edirəm ki, futbolçular çempionatın ikinci hissəsinin ağır keçəcəyini nəzərə alırlar və daha məsuliyyətlə məşq edirlər. İşə ciddi yanaşmaları, təbii ki, biz məşqçilərin ürəyincədir”.


"Kəpəz” Yevlaxdakı təlim-məşq toplanışı müddətində əsasən fiziki hazırlığa diqqət ayıracaq: "İndi əsas fiziki hazırlıq üzərində çalışırıq. İlk növbədə oyunçuların fiziki durumunu artırmalıyıq. Sonra taktiki və texniki çalışmalara başlayacağıq. Sizə deyim ki, əvəzedici heyətdə yer alan gənclərin məşqindən də zövq alıram. Çünki onlar da əzmlə hazırlaşırlar”.

 

297     
Reklam

Reklam