» » Kamran Quliyev: “Əsas rəqiblər siyahısına özümüzü də əlavə edərdim”

Kamran Quliyev: “Əsas rəqiblər siyahısına özümüzü də əlavə edərdim”

Kamran Quliyev: “Əsas rəqiblər siyahısına özümüzü də əlavə edərdim”"Neftçi”nin prezidenti Kamran Quliyev "ağ-qaralar”ın Topaz Premyer Liqasının IX turunda "Qarabağ” üzərindəki 3:1 hesablı qələbəsindən sonra jurnalislərin suallarını cavablandırıb...

- Oyun barədə nə deyə bilərsiz?
- Gözəl oyun alındı. Çox xoş anlar yaşadıq. Azarkeşlər də kifayət qədər idi tribunada. Futbol onlar üçündü. Daha çox azarkeş gözləyirik. Amma buna da şükür, oyuna da şükür, nəticəyə də şükür.

- "Qəbələ”yə məğlubiyyətdən sonra əksəriyyət deyirdi ki, "Neftçi”nin əsl gücü həmin oyunda üzə çıxdı. İndi demək olarmı ki, "Neftçi”nin əsl gücü bu oyunda bilindi?
- Bunu mayın ortalarında biləcəyik.

- Komanda vahid liderdi. Bu gün əsas rəqibiniz "Qarabağ”a qalib gəldiz. Başqa kimləri özünüzə rəqib görürsüz?
- Özümüzü də özümüzə rəqib görürəm. Əgər futbolçular məşqlərdə çalışsalar, oyunlarda 100 faiz gücləri ilə oynasalar, bütün bacarıqlarını ortaya qoysalar, çempion olmaq mümkündü. Biz buna iddialıyıq və alına bilər. Ancaq yenə deyirəm, zaman göstərəcək. Hər şey mayda məlum olacaq.

- Çox komanda "Qarabağ”a 1 qol vurmaqda çətinlik çəkir, "Neftçi” bu gün 3 dəfə yol tapdı rəqib qapısına...
- Alındı da (gülür). Bu gün heç bir komandanın çoxlu qol imkanı olmadı. İlk dövrədəki kimi deyildi. Daha qapalı oyun alındı. Müdafiəyəmeylli oyun göstərdik. İlk hissədə əks-hücumlarda iki qol vurduq. 3-cü qolumuz da gözlənilmədən alındı. Hesab edirəm ki, bu gün "Neftçi” çox gözəl futbol oynadı. Bütün heyəti, azarkeşləri təbrik edirəm.

- Fasilədə sizin səsinizlə səsləndirilən videorolik nümayiş etdirildi. Bu ideya hardan gəldi?
- Bunu media departamenti daha yaxşı izah edər. Orda mən ürək sözlərimi demişəm. Hansısa hazırlanmış bir şey deyildi. Ürək sözlərimi soruşdular, mən özüm də mətni özüm yazıb, səsləndirdim. Media departamentimiz hər işi peşəkar səviyyədə görür. Bu, yaxşı motivasiya idi. Mən şərhlərə də baxdım, insanlar "Neftçi”li olmaqları ilə fəxr edirlər.
64     
Reklam

Reklam