» » » 23 yaşa qədər cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib

23 yaşa qədər cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib

12-13 oktyabr 2016-cı il tarixlərdə "Sərhədçi” Olimpiya İdman Mərkəzində 23 yaşa qədər cüdoçular arasında Azərbaycan birinciliyi keçirilmişdir.
 
Premyer.az bildirir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyini və  Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan U23 yarışlarında respublikamızın müxtəlif bölgələrindən  300-ə yaxın cüdoçu  mübarizə aparmışdır.
İsmayıllımızı layiqincə təmsil edən cüdoçu qızlarımız uğurlu nəticələr göstərmişlər. Belə ki, 78 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Həsənli Günel qızıl medalla, 52 kq çəki dərəcəsində Mehdiyeva Zəhra fəxri kürsünün 3-cü pilləsində yerini tutumaqla bürünc medalla, 57 kq çəki dərəcəsində Məmmədova Şəfiqə fəxri kürsünün 3-cü pillləsində yerini tutmaqla bürünc medalla və müvafiq diplomlarla təltif edilmişlər.  
Yarışın keçirilməsinin əsas məqsədi  milli komandamız üçün gənc və perspektivli  cüdoçuları müəyyənləşdirməkdən ibarət olmuşdur.

555     
Reklam

Reklam