» » Rəşad Sadıqov:"Çox çətin olacaq"

Rəşad Sadıqov:"Çox çətin olacaq"

Rəşad Sadıqov:"Çox çətin olacaq"Topaz Premyer Liqasının 2015-16 mövsümünü çempion kimi tamamlayan "Qarabağ”ın kapitanı Rəşad Sadıqov AZAL-la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Premyer.az sizi həmin müsahibə ilə tanış edir.
 - Çempionluq necə hissdi? Əvvəlki iki mövsümdən fərqli nəsə var, ya alışmısınız?
- Alışmaq deyilən bir şey yoxdu. Şükür olsun ki, çempion olduq. Baxmayaraq ki, çempionluğu 4-5 tur öncədən təmin etmişdik, çalışdıq ki, bu qarşılaşmada da yaxşı oyun göstərək. Çünki bizi qarşıda "Neftçi” ilə çətin final oyunu gözləyir. 4 gün sonrakı ağır oyun öncəsi istəyirik ki, hər bir futbolçu formada qalsın. Ümumilikdə isə çempionluq çox sevindirici haldır. Sevinirik, xoşbəxtik ki, yenidən ən güclü biz olduq.
- Ardıcıl iki mövsüm Avroliqada qrup mərhələsinə vəsiqə qazandınız, bu dəfə hədəf nə olacaq?
- Avrokuboklar elədi ki, orda qabaqcadan nəsə demək olmur. Elə olar ki, qrupa düşərsən, və ya ilk mərhələdən məğlub olarsan. Çempionlar Liqasında hamısı ciddi rəqiblərdi. Özünüz də görürsünüz. Bizi qarşıda çox çətin oyunlar gözləyir. Fikrimcə, ən ağır birinci mərhələ olacaq.
- Son üç çempionluğu karyeranın sonlarında əldə etdin. Bunu nəzərə alaraq, karyeranın sonlarını "qızıl dövr” adlandırmaq olarmı?
- Olar, əlbəttə. Mənim üçün də gözlənilməz oldu karyeramın sonunun belə uğurlu olmağı. Həm milli komandada 100 oyun həddini keçdim, iki dəfə Avroliqanın qrup mərhələsində oynadıq, ardıcıl üç dəfə çempion olduq. Sonluğun bu qədər uğurlu alınacağını gözləmirdim.
 - Məşqçilik kurslarında da iştirak elədin. Oyunçu karyeranı başa vurduqdan sonra ola bilərmi ki, elə "Qarabağ”da qalıb məşqçi olasan?
- Hələ bu haqda qərar verməmişəm. Ola bilər ki, məşqçi olum, ola bilər menecer və ya futbolla bağlı hansısa bir işdə, ya da tamamilə futboldan uzaq sahədə çalışım. Hələ bu barədə qərar verməmişəm. Sadəcə olaraq vaxtdan səmərəli istifadə etmək istəyirəm.
-Rəşad Sadıqovu futbolsuz təsəvvür edə bilmirik. Özün necə düşünürsən?
- Böyük problemdi. Özüm də düşünəndə qalıram belə ki, nətər olacaq? Məhlədə futbol oynayacam, dostlarımla yığışacağıq. Ancaq çox çətin olacaq. Bu haqda düşünməməyə çalışıram.
- Rəşad özündən sonra əvəzedici olaraq kimi qoydu getdi?
- Mən kiməm ki, özümdən sonra kimisə əvəzedici qoyum? O qədər yaxşı futbolçular var ki, məndən də yaxşı oynayacaqlar.

141