» » "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi: "Əvəzedici heyətə olan maraq, birinci diviziona yoxdu"

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi: "Əvəzedici heyətə olan maraq, birinci diviziona yoxdu"

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi: "Əvəzedici heyətə olan maraq, birinci diviziona yoxdu""Xəzər Lənkəran”ın yeni transferi yarımmüdafiəçi Orxan Səfiyaroğlunun Premyer.az saytına müsahibəsi:

-Bu gün Premyer Liqanın lideri "Qarabağ”a qarşı oynayacaqsınız. Hazırlığınız necə gedir?

-Çətin oyun olacaq. Ümumi hazırlığımız normaldı. Verilən tapşırıqları yerinə yetirə bilsək, nəyəsə ümid etmək olar.

-Keçən oyun zədənizin olmasına baxmayaraq, 90 dəqiqə oynadınız. Bu gün necə "Qarabağ”la görüşdə iştirak edə biləcəksiniz?

-Oynaya biləcək vəziyyətdəyəm. Zədəm bir az var. İynə, dərmanla oynayıram.

-"Rəvan”la oyunda komandanızda çatışmazlıqların kifayət qədər olduğu sezilirdi. Bu gün isə daha güclü rəqibə qarşı oynayacaqsınız. Bu amil acınacaqlı hal yarada bilər?

-Düzdü çatışmayacan cəhətlərimiz var. Bunun əsas səbəbi komandanın yeni yığılmasıdı. Həmçinin çoxu gəncdi. Bir yerdə çox məşq etməmişik. Bir neçə gün məşq etmədik. Sonradan toplandıq və məşqlərə start verdik. Bizə bir az vaxt lazımdı. Məşqlərdə artırmalıyıq ki, oyunlarda da hazır olaq.

-Lənkəran təmsilçisinə birinci bivizion təmsilçisi "Bakılı”dan keçmisiniz. Əvvəllər də Premyer Liqada AZAL və "Simurq”un heyətində çıxış etmisiniz. Bu iki çempionat arasında fərq nədədi?

-İndiki vəziyyətdə deməzdim elə də böyük fərq var. İndi elə divizion klubu var ki, Premyer Liqa klubu ilə başa-baş mübarizə aparacaq gücdədi. Premyer Liqanın səviyyəsi əvvəlki kimi deyil.

- Elədisə, divizion təmsilçilərindən niyə oyunçu transfer olunmur?

-Çünki aşağı liqa oyunlarına heç kəs gəlib, baxmır. Elə də maraq yoxdu. Məsəl üçün əvəzedici heyətə olan maraq, birinci diviziona yoxdu. Aşağı liqada elə futbolçular ki, Premyer Liqa klublarının çoxunda oynaya bilərlər.

 

QOCA

439     
Reklam

Reklam